27 Fevral 2021 01:36

Sürücülük vəsiqələri dəyişir

Yeni kateqoriyalar olacaq.

Azərbaycanda sürücülük vəsiqəsi kateqoriyaları dəyişdirilir. Bu, “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərdə yer alıb. Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.

Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir.

Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.    /istipress.com/

Paylaş: