20 Oktyabr 2020 19:25

Alimenti dövlət ödəyəcək – Məsuliyyətsiz atalara “yaşıl işıq”?

Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradıla bilər. 

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, belə bir təkliflə millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edib. Deputatın fikrincə,  2012-ci ilin sonunda alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə Aliment Fondunun yaradılmasının əleyhinə çıxıb. Onun fikrincə, Azərbaycanda bu fond yaradılsa, ciddi fəsadlar ola bilər. Millət vəkili bu məsələdə başqa variantın düşünmək lazım olduğunu deyib.Ölkədə alimentin ödənilməsi məsələsi hələ də boşanan ailələrin böyük problemidir.Bu problem əvvəllər daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərirdisə, hazırda paytaxtda da geniş yayılıb. Son vaxtlar aliment ödəməkdən boyun qaçıran ataların sayı artıb. Bu isə boşanan qadın və övladları üçün ciddi problemə çevrilib.Hansı ki, həmin aliment hesabına ailəsini çək-çevir edəcək qadın bu məbləği ala bilməyəndə dolanışıq üçün çətinlik çəkir.Sirr deyil ki, aliment ala bilməyən analar övladları ilə çətin vəziyyətdə qalırlar.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, alimentin ödənilməsinə dair məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum edilməlidir.Qanunvericiliyə görə  icraçılar borclu şəxslərin ölkədən getmə hüququnu məhdudlaşdıra, əmlakına həbs qoya, borcu əmək haqqına yönləndirə bilərlər. Borclu şəxs həbsxanada olduqda və ya ölkədən kənara çıxdıqda isə aliment borcu nənə və ya babadan alınır.Ailə Məcəlləsində və digər hüquqi aktlarda alimentin ödənilməsindən azad edən heç bir müddəa yoxdur.Amma son illərin mənzərəsi onu göstərir ki, kişilər arasında çoxluq alimenti ödəməkdən yayınır.Bununla belə məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetirmirlər.Səbəb isə problemin icra mexanizmində boşluqların olmasıdır.

Sözügedən problemi yoluna qoymaq üçün Azərbaycanda Aliment Fondunun yaradılması təklif olunur.Xatırladaq ki, bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə Aliment Fondunun yaradılması ilə bağlı müraciət edib. Belə ki, alimentdən yayınma halları baş verəndə dövlət işə qarışacaq,  özü aliment ödəməyən atanı axtarıb ödəyəcəyi pulu ondan geri alacaq.  Beləliklə də bu sahədə yaranmış problem həll olunacaq və boşanmış qadınların sosial sıxıntısı az da olsa azalacaq.

Bir çox xarici ölkələrdə bu tipi fondlar var. Həmin fond ilk növbədə boşanmaq ərəfəsində olan ailələrlə iş aparır, boşanan cütlüyə valideynlik məsuliyyəti başa salınır, uşaq və valideynlərlə psixoloq işləyir. Daha  sonra fond pulu verməyən və ya müəyyən səbəbdən gecikdirən ataların əvəzindən pul ödəyir. Fond özü aliment ödəməyən atanı axtarır və ödədiyi pulu ondan geri alır. Belə olan halda ana aliment haqqında düşünmür.

Məlumat üçün bildirək ki, aliment uşaq üçün ayrılmış vəsaitdir və valideyn bunu ödəməlidir.Bir zamanlar təklif olunan Aliment Fondunun yaradılması yenidən gündəmə gəlib.Amma həmin fondun yaradılmasının əleyhinə çıxanlar da var.Hesab edilir ki, belə bir qurumun yaradılması ciddi fəsadlara yol aça bilər.

Maraqlıdır, hansı təhlükədən söhbət gedir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ilk dəfə Aliment Fondunun yaradılması ideyası Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti tərəfindən gəlib:

“Daha sonra bu təklifə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəstək verib. Yəni bu məsələnin ideya mənbəyi bilinməlidir.Sonra da bir çox millət vəkilləri də bu məsələyə dəstək verdilər. Artıq 10 ildən çoxdur ki, proses  və müzakirələr gedir. İndi məsələ yetişmək üzrədir.Təbii ki, yaxşı təklifdir.Qadınların çıxılmaz vəziyyətə düşməməsi, hətta cinayətin qurbanı olmaması baxımından hərtərəfli düşünülmüş ideyadır.Amma mexanizm məsuliyyəti var və ilk növbədə bu məsələnin arxasında dayanan iqtisadi amillər var. Hökumətin büdcəsi bu məsələlərə uyğundur, yoxsa uyğun deyil, bu məsələlərə baxmaq lazımdır. Hökumət aliment ödəməyən şəxsin yerinə məbləği ödəyib, sonra alimenti ödəyə bilməyən şəxsi məsuliyyətə cəlb edir, onun əməyindən gələn gəlirdən isə pulu götürür. Yəni hökumət verdiyi məbləği necə geri qaytaracaq?Ödəmə müddəti nə qədər sürəcək?Bu adamlar hansı yerdə işləməyə məcbur ediləcək.Bəlkə Amerikada olduğu kimi küçə süpürməyə məcbur ediləcəklər?Bu məsələlər tənzimlənməlidir.Yəni əsas problem pulun dövriyyə məsələsidir. Yoxsa ki, hökumət borclu deyil ki, müftə aliment paylasın…Əgər adam məsuliyyətsizdirsə, bu o demək deyil ki, dövlət o cür şəxsin əvəzinə pul ödəyəcək və onu məsuliyyətdən azad edəcək. Sadəcə olaraq hökumət vəziyyəti qiymətləndirib, alimenti ödəməyən şəxsi məsuliyyətə cəlb edənə qədər o məbləği ödəyəcək.Gecikmələrə görə hökumətin alimenti ödəməsinə inanmıram.Hesab edirəm ki, bu nüansların hamısı ciddi şəkilkdə işlənməlidir.Əks halda hökumət hansısa təhlükələrlə üzləşə bilər ki, sonradan büdcənin təminatı üçün əlavə problemlər yaşanar”.

QHT  rəhbəri onu da əlavə edib ki, fond yaradılarsa, hökumət ilk növbədə bu məsələdə çox ciddi araşdırmalar aparmalıdır:

“Məsələn, qadın alimenti ala bilmir, heç bir yerdən gəliri və yardımı yoxdur, hətta ailəsi tərəfindən maddi dəstək gəlmir. Belə halların hər biri tək-tək araşdırılıb, qiymətləndirilmə meyarları ilə ölçülüb-biçilməlidir.Kişilər görsə ki, alimenti onların əvəzinə hökumət ödəyir, daha da məsuliyyətsizlik edərlər.Xarici ölkələrə çıxıb gedə bilərlər ki, hökumət onları axtarıb tapmaqda çətinlik çəkər.Millət vəkili Hadı Rəcəbli əgər o təhlükələri qeyd edirsə, düz edir.İdeya baxımından fondun yaradılması mükəmməl fikirdi.Amma mexanizm baxımından çoxsaylı fəsadlar və gözlənilməyən addımlar ortaya çıxacaq.Bu isə hökumətə sərf etməyəcək.İqtisadçılar da bu məsələni hesablamalıdır. Bir sözlə, ideya məsələsinə baxıb qərar vermək çıxış yolu deyil”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri