23 Oktyabr 2020 09:47

Bu xəyanət niyə 3 ildən sonra gündəmə gəldi? – Şeyx Əbdül

Rüstəm İbrahimbəyovun “Qafqaz triosu” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunmasının hazırda ciddi müzakirə edildiyi bir məqamda əsas suallardan biri də budur: film 2015-ci ildə çəkildiyi halda niyə 3 ildən sonra gündəmə gəlib? Əgər tanınmış kinorejissor Ayaz Salayevin məlum məqaləsi olmasaydı, bu film daha neçə il diqqətdən kənarda qalacaqdı?

Turkustan.info bildirir ki, bəsələ ilə bağlı Kult.az-a danışan kino aləminin tanınmış isimlərindən Şeyx Əbdül Mahmudov bildirib ki, bu filmin 2015-ci ildə gündəmi zəbt etməməsinə elə Azərbaycan tərəfi nail olmuşdu. Onun sözlərinə görə, həmin vaxt aidiyyəti qurumlar bu filmin yayılmasına imkan vermədi:

“Azərbaycanın əlaqədar təşkilatları, bu işlə məşğul olan dövlət strukturları da bu məsələyə öz etirazını bildirmişdi və bildirəcək. Bizi o vaxt arxayın etmişdilər ki, bu filmin yayımı dayandırılacaq. Tam sakitlik idi. Şübhəsiz ki, bu filmin yenidən ekranlara çıxmasında hansısa planlı, tələsik təxribat durur. Filmə baxandan sonra peşəkar kinorejissor kimi bu qənaətə gəldim ki, kino çəkilişi, rejissor sənəti baxımından bu film məxfi, xəlvəti, oğurluq yolu ilə, tələm-tələsik çəkilib. Çünki bütün kadrlar, rejissor işi, aktyor oyunları, seçilən məkanlar, epizodların bir-birini tamamlamaması, vahid dramaturji xəttin olmaması bir daha göstərir ki, bu film ortaya atılan təxribatdır. Bu təxribatın bir neçə əsas motivi var. Əvvəla, Azərbaycanda inkişaf edən iqtisadi, siyasi uğurlar, göz qarşısında olan inkişaf, dünyanın aparıcı dövlətlərinin geosiyasi, geoiqtisadi marağının Azərbaycana cəmlənməsi, nəhayət, Azərbaycana milyardlarla sərmayələrin qoyulması qonşu dövlətlərdə birmənalı qarşılanmır. Çünki Azərbaycana sərmayə qoyan dünyanın aparıcı dövlətləri burada qarışıqlıq, qarşıdurma olmasına razı olmaz. Artıq Azərbaycanla mübarizə aparmaq üçün dava, təpik, yumruqdan istifadə edə bilməyənlər belə təxribatlara əl atır. Yenidən gündəmə gələn İbrahimbəyovun bu filminin arxasında da məharətlə planlaşdırılmış ideoloji təxribatlar durur”.

Şeyx Əbdül vurğulayıb ki, Qərbi Azərbaycanda Ermənistan deyilən qondarma yerdə son vaxtlar vəziyyət gərginləşib:

“Ölkədə hakimiyyət dəyişikliyi, aksiyalar pik həddədir. Bu tarixi xəyanətkar, hay adlı tayfa hər zaman son məqamda özləri-özlərini məhv edib. Haylar indi orda olan mitinq, iğtişaş və başıpozuqluqdan fikri yayındırmaq üçün bu filmi yenidən ekranlara qaytarırlar. Ermənilər iddia edir ki, hazırda onlarda yaşanan qarışıqlıqda ikinci planda bizim əlimiz var. Ancaq tarixən öz mənfur əməlləri ilə məşhur olan haylar da çox gözəl bilir ki, Azərbaycan xalqı hər zaman qarşıdurmaya, qarışıqlığa qarşı olub”.

Şeyx Əbdülün sözlərinə görə, digər tərəfdən, bu, xaricdən gələn daha təhkükəli siyasi oyun da ola bilər:

“Dünyanı yüz illərdir dağıdan, xaraba qoyan, aldadan, milyardlar xərcləyən, ASALA-lar, daşnaksutyunlar yaradan xəyanətkar erməni diasporları çox gözəl baş düşür ki, artıq onların istəkləri divara dirənir, puça çıxır. Ona görə də üçüncü bir xəttlə fikri yayındırmaq üçün ortalığa belə təxribatlar atırlar. Lakin burada ən ağrılı məqam odur ki, bunu onlar adi adamın timsalında deyil, dünya şöhrətli azərbaycanlının əli ilə ediblər. Bunun sirri mənim üçün hələ də bəlli deyil. Çünki bu işi onlarla erməni əsilli məşhur rejissor etmiş olsaydı, bu, bizim üçün təbii hal kimi qəbul olunardı. Amma bu təxribatın arxasından Rüstəm İbrahimbəyov kimi bir azərbaycanlının çıxması əslində bizim hamımız üçün rüsvayçılıqdır”.

Şeyx Əbdül qeyd edib ki, bu rüsvayçılığın aradan götürülməsi üçün vaxt itirmədən gürcü xalqına, gürcü dövlətinə, beynəlxalq təşkilatlara müraciət ünvanlanmalıdır:

“Gürcü xalqı imkan verməməlidir ki, onların vətənində, şəhərində, studiosunda Azərbaycana qarşı belə bir xəyanət yayılsın. Çünki gürcülər iqtisadi, siyasi cəhətdən 100\100 borclu olduqları bir xalqa qarşı bu cür təxtibatların təşkil olunmasına izn verməməlidirlər. Gürcü kinoşünasları da bu məsələyə birmənalı şəkildə münasibət bildirməli və təbliğatının qarşısını almalıdır”.

Şeyx Əbdül vurğulayıb ki, adı bizdən olan Eldar Şenqelayanın atası Nikolay Şenqelaya rejissorluq pasportunu Azərbaycandan alıb:

“İndi xeyir ola, bunun oğlu bizimlə oturur-durur, kef eləyir, amma birdən-birə belə bir xəyanatə rəvac verir?! Yəni onun özü də bu məsələdə aldadıldığı ilə bağlı bəyanat verməlidir. Bundan başqa, beynəlxalq təşkilatlara bu filmin yalan, təxribat, xəyanət olduğu ilə bağlı təcili surətdə müraciət ünvanlanmalı və filmin təbliğatı, nümayişi mütləq dayandırılmalıdır”.

Qeyd edək ki, Mədəniyyət naziri Əbülfəz Qarayev Real TV-yə açıqlamasında bildirib ki, 2015-ci ildə, yəni bu filmin ilk nümayişindən dərhal sonra nazirliyin Rusiya Mədəniyyət Nazirliyinə müraciətindən sonra ekran əsərinin yayımına qadağa qoyulub, hətta filmin diskləri satış mərkəzlərindən yığışdırılıb.

Ancaq nədənsə 3 ildən sonra film başqa ölkələrdə, o cümlədən Gürcüstanda yayıma başlayıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri