20 Oktyabr 2020 19:24

Putin Paşinyanı Qarabağla bağlı təlimatlandırır – Səbəb

Rusiya Paşinyanı Qarabağ danışıqlarına dəvət etməklə öz mənafeyini qorumağa çalışır.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Paşinyan hakimiyyətə gələndə hər kəs danışıqlar prosesinin davam etməyəcəyi qənaətində idi:

“Sərkisyanın tərəfdarları belə fikirləşirdilər ki, Paşinyan Qərbin adamı olduğundan Rusiyanın dedikləri ilə oturub durmayacaq. Hətta bu üzdən onu Dağlıq Qarabağ məsələsində bir satqın kimi qələmə verməyə başladılar. Lakin Paşinyan ilk səfərini Qarabağa etməklə oynanılan kartın məhz Dağlıq Qarabağ kartı olduğunu bir daha göstərdi. Ancaq o, Dağlıq Qarabağda baş verən prosesləri Sərkisyan qədər bilmir, ona görə də sələfi ilə görüşməyə hazırdır. Rusiya isə Paşinyanı Qarabağ danışıqlarına dəvət etməklə öz mənafeyini qorumağa çalışır. Çünki danışıqlar prosesinin baş tutmaması bütövlükdə bölgənin təhlükəsizliyinə bir təhdiddir. Qərb də bunun əleyhinə olaraq Rusiyaya daha böyük sanksiyalar tətbiq edə bilər. Digər tərəfdən, Dağlıq Qarabağ məsələsi müsbət həll olunarsa, Rusiya artıq öz nüfuzunu itirmiş olacaq. Moskva da İrəvanı danışıqlar prosesi ilə bağlı məhz buna görə təlimatlandırıb”.

Politoloq hesab edir ki, istənilən halda Dağlıq Qarabağın statusunun və digər məsələlərin yenidən müzakirəyə çıxarılması müsbət haldır:

“Trampın Azərbaycanı önəmli tərəfdaş adlandırması və iyunun 12-də TANAP layihəsinin açılışının gündəmdə olması onu göstərir ki, Qarabağ münaqişəsinin həllində müsbət tendensiyalar ola bilər. Azərbaycan öz suverenliyinin bərpası istiqamətində sərt siyasətini bundan sonra da davam etdirəcək və heç bir bloka qoşulmayaraq prinsipial mövqeyindən dönməyəcək”.

Qeyd edək ki, Ermənistan XİN-in yeni rəhbəri Zöhrab Mnatsakanyan rusiyalı həmkarı ilə telefon danışığından sonra danışıqların növbəti anonsunu verib. Bu yaxınlarda isə Minsk Qrupunun həmsədrlərinin İrəvana səfəri gözlənilir.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri