Əsəddən ölüm mesajı: Bu, sənin son şansındır

Əsəd rejiminə məxsus helikopterlərdən İdlibdəki yaşayış məntəqələrinə təhdid mesajları atılıb.

Turkustan.info xəbər verir ki, rejim əsgərlərinin İdlibə atdıqları mesajlarda sakinlərə iki seçim təklif edilib.

Mesajda İdlibə hücum zaman ölən insanlardan birinin fotosunun üzərinə bu sözlər yazılıb:

“Əlində silah tutub yola davam etmək, yoxsa silahı buraxıb təslim olmaq? Yaşamaq istəyirsənsə, silahı yerə qoy. Ya silahı yerə qoyacaqsan, ya da öləcəksən. Bu, sənin son şansındır”.

Qeyd edək ki, Əsəd rejiminin İdlibə ardıcıl təşkil etdiyi hücumlar nəticəsində minlərlə insan həlak olub.  /Axar.az/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al