04 Dekabr 2020 15:48

Bakıda restoranda BİABIRÇILIQ: Valideynlərdən pul yığıb, yarış keçirdilər – VİDEO

Dünən idman sahəsində gülünc hadisə baş verib. Bakıda restoranlardan birində respublika çempionatı təşkil ediblər. Bu yarış üçün də valideynlərdən pul yığılıb.
Turkustan.info Unikal.orgöa istinadən xəbər verir ki, sosial şəbəkədə bir valideyn paylaşdığı videoda bu barədə məlumat verərək yarışla bağlı bunu deyib: “Müəllimdən soruşuram ki, nəyə görə şadlıq evində yarış keçirirsiniz? Deyir “idman arenaları, olimpik zalların hamısından pul alırlar. 7- 10 min manat pul istəyirlər”. Gəlib şadlıq sarayını tutublar ki, yarış keçirsinlər. Belə biabırçılıq olmaz”.
Unikal.org-un əldə etdiyin məlumata görə, yarış Bakı Karate Do Akademiyasının rəhbəri və məşqçisi Vüsal Abdullazadə tərəfindən keçirilib. Redaksiyamıza verilən məlumata görə, yarış təşkil edən şəxslər idmançıların valideynlərinə bildirib ki, “Dəniz” şadlıq sarayında yarış təkil etmək üçün 4000 manat pul ödənilməlidir. Buna görə də yarışda iştirak edənlərin valideynlıərindən pul alınıb. Digər bir məlumatda isə bildirilir ki, şadlıq sarayının sahibi yarışın təşkili üçün qarşı tərəfdən pul tələb etməyib. Bildirib ki, Ramazan ayı olduğu üçün toylar keçirilmir. Şadlıq sarayı bu vasitə ilə sadəcə öz rekalmını etmək istəyib.
Qeyd edək ki, sözügedən yarış may ayının 26-27-də baş tutub.

Paylaş: