28 Noyabr 2020 05:34

Ermənistan ordusunun kapitanı ölü tapıldı

İrəvanda yerləşən hərbi hissədə erməni kapitan ölüb.

Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə nazirliyinin İrəvanda yerləşən hərbi hissələrindən birində intihar hadisəsi baş verib. 

Məlumatı Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan təsdiqləyib. 

İlkin məlumatlara görə, saat 13:00 radələrində hərbi hissənin rabitə bölüyünün yataq otağında kapitan Hmayak Hakop Hakopyan döş qəfəsindən aldığı güllə yarası ilə ölü tapılıb. 

Hakopyanın intihar etməmişdən öncə qeyd də yazdığı bildirirlir. 

Hadisə ilə bağlı araşdırma aparılır.   /Ordu.az/

Paylaş: