03 Dekabr 2020 14:48

Ermənistan ordusunun kapitanı sinəsindən vuruldu

Ermənistan ordusunun kapitanı Amayak Akopyan ölkədəki hərbi hissələrdən birində ölü tapılıb.
Turkustan.info xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda hadisənin dünən baş verdiyi və A.Akopyanın sinəsindəki güllə yarasından öldüyü bildirilib.
Hazırda faktla bağlı araşdırmaların aparıldığı qeyd olunub. /A24.Az/

Paylaş: