04 Dekabr 2020 08:28

Terrorçular Rusiya əsgərlərinə hücum etdi: 4 ölü, 3 yaralı

Suriyada terror qruplaşmaları Rusiya hərbçilərinə hücum edib.

Turkustan.info xəbər verir ki, hadisə Deyr-əz-zor bölgəsində gecə saatlarında baş verib. Terrorçuların artilleriya bazasına açdığı atəş nəticəsində 2 rus hərbçisi yerindəcə keçinib. Yaralanan 5 əsgər isə xəstəxanaya çatdırılıb. Lakin onlardan 2-sini həyatını xilas etmək mümkün olmayıb.

Rusiya Müdafiə Nazirliyi ölən hərbçilərin medallarla təltif olunacağını açıqlayıb.  /A24.Az/

Paylaş: