04 Dekabr 2020 17:27

Azərbaycanlı qadın 6 uşaq dünyaya gətirdi – 2 oğlan, 4 qız

Təbrizdə bir qadın 6 uşaq dünyaya gətirib.
Turkustan.info qaynarinfo-ya istinadən xəbər verir ki, Təbriz Əz Zəhra Tibb Mərkəzində 23 yaşlı qadın 4 qız, 2 oğlan uşağı dünyaya gətirib. Hamiləliyin 27-ci həftəsində doğulan uşaqların çəkiləri 580-960 qram arasındadır.
Doğuş prosesi qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Körpələrin səhhətində problemin olmadığı bildirilir.

Paylaş: