26 Fevral 2021 04:16

Dərs oxuyan zaman saqqız çeynəyin – Bilinməyən faydası

Saqqız çeynəməyin insan sağlamlığına faydalı olduğunu bilirdiniz? Belə ki, saqqızın da bu vaxta kimi bilinməyən faydası aşkarlanıb.

Turkustan.info A24.az-a istinadən bildirir ki, elmi araşdırmalar zamanı məlum olub ki, saqqız çeynəmək ağız və diş sağlamlığına, psixologiyaya gözəl təsir edir.

Saqqız çeynəmək yaddaşı gücləndirir. Mütəxəssislər deyir ki, saqqız çeynənən zaman çənənin hərəkət etdirilməsi yaddaşın gücləndirilməsinə kömək edir. Bu da imtahana hazırlaşarkən saqqız çeynəyən insanların uğur qazanmasını təmin edir.

Saqqız çeynəyən zaman beynə gedən qan axını 40 faiz artır və çox oksigen gedir.

Bundan başqa saqqız çeynəmək stressi azaldır, motivasiyanı artırır, oyaq qalmağa kömək edir və bunun sayəsində bədənə enerji verir. Həmçinin saqqız bağırsaqda hərəkətliliyi artırır və ağızda tüpürcəyin miqdarını artıraraq qəbzliyə və köpə yaxşı təsir edir.

Yemək yedikdən sonra çeynənilən saqqız ağız və diş təmizliyi üçün çox vacibdir.

Paylaş: