C. Noy 22nd, 2019

Gömrükdə şok dəyişikliklər – Bakı gömrüyünün rəisi sərəncama götürüldü

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər.
Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov, B.Salayevin yerinə isə gömrük xidməti polkovniki Məsum Rəsulov təyin edilib.
Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi vəzifəsinə isə Hüseyn Həsənli təyin olunub.   /BakuPost/

Paylaş: