27 Noyabr 2020 12:53

Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI: “Hazırıq!”

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.

Xəbərə görə, görüşdə Ermənistna-Fransa münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesi müzakirə olunub.

“Baş nazir Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirib. Nikol Paşinyan Ermənistanın konstruktiv atmosferdə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiq etdi”, – xəbərdə deyilir.    /Publika.az/

Paylaş: