01 Dekabr 2020 21:04

Tiflis də qararını verdi: BÖHRAN DƏRİNLƏŞİR

Suriya prezidentinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə qərarından sonra rəsmi Tiflis də qərarını verib.

Gürcüstan Suriya ilə diplomatik münasibətləri kəsib. 

Turkustan.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri David Dondua bildirib. O qeyd edib ki, artıq diplomatik münasibətlərin kəsilməsi üçün prosedur başladılıb. 

Suriyanın məlum qərarının ərazi bütövlüyünün tanınması kimi təməl prinsipə zidd olduğunu xatırladan Gürcüstan XİN-i qərarvermədə bu amili nəzərə alıb. 

Gürcüstan eyni zamanda beynəlxalq ictimaiyyəti Suriyanın qərarı ilə bağlı adekvat reaksiyalara çağırıb.  /Cebhe.info/

Paylaş: