Sevgi ağrını azaldır.
Eşq, sevgi insanların qəlbinə mərhəmət toxumları əkən böyük qüvvədir. Eşqin özünün arxasında da böyük bir dünya var. Turkustan.info İstiPress-ş istinadən sevgi haqqında heç kimin bilmədiyi maraqlı faktları təqdim edir:
1 Gözəl bir üz, gözəl bədəndən daha çox diqqət çəkir.
2 Bir-birinə aşiq olan cütlüklər 3 dəqiqə baxışdıqdan sonra qəlbləri eyni ritmdə vurur.
3 Qucaqlaşmaq ağrı kəsici kimi sinir uclarını hərəkətə keçirir, yəni insanı sağaldır.
4 Ürək simvolundan ilk dəfə 1250-ci ildə istifadə edilib.
5 Eşq insanların məhsuldarlığını aşağı salır – elm bunu təsdiqləyib.
6 Aşiq olan insanların 70 faizi azı 2 ən yaxın dostunu itirir.
7 Filofobi aşiq olmaqdan qorxmaqdır və psixoloji problem hesab edilir.
8 Qədim Yunanıstanda bir-birinə alma atmaq sevgi etirafı hesab edilirdi.
9 Onlayn tanışlıq saytlarında həyat yoldaşı axtaranların ancaq 23 faizinin axtarışı evliliklə bitir.
10 Dünyada hər gün 3 milyon ilk görüş baş verir.