Bz. Avq 18th, 2019

Nazarbayev də ömürlük oldu – PARLAMENTDƏN QƏRAR

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edəcək. Turkustan.info xəbər verir ki, 31 mayda Parlamentin yuxarı palatası prezidentə bu səlahiyyəti verən qanun layihəsini qəbul edib.

Beləliklə də Qazaxıstanın “Elbaşı” ləqəbiylə tanınan birinci prezidenti Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edəcək.

Bundan əlavə, qanun layihəsi Təhlükəsizlik Şurasına daxili siyasi sabitliyin təmin edilməsi və konstitusiyanın qorunması üçün milli təhlükəsizliyin təmini sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsini koordinasiya edən konstitusiya orqanı statusu verib.

Təhlükəsizlik Şurasının yeni səlahiyyətlərinə həmçinin dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təmini və beynəlxalq aləmdə milli maraqların qorunmasını daxildir.  /Cebhe.info/

Paylaş: