C. Sen 20th, 2019

Azərbaycanda sərnişin dolu avtobus aşdı – Ölən və çox sayda xəsarət alanlar var

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
 
Turkustan.info APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

 * * * *

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, “KamAZ”a çırpılandan sonra aşan “Setra” markalı avtobus Gürcüstandan Bakıya gəlirmiş. Avtobus Hacıqabulun Pirsaat kəndi yaxınlığında qəzaya düşüb. İlkin məlumata görə, sürücü vəfat edib, xeyli insan xəsarət alıb.

Qəza zamanı avtobus aşandan sonra yenidən təkərləri üstünə qayıdıb.

Hadisə yerinə polis və ticili tibbi yardım briqadaları gəlib.



 

Paylaş: