Be. Sen 16th, 2019

DİQQƏT! Azərbaycanda TV və radio yayımı dayandırılacaq – İyunun 11-də

Azərbaycanın efir məkanında iyun ayının 11-i kompleks profilaktika keçiriləcək.

Turkustan.info trend.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i keçirilib. Növbəti profilaktikalar sentyabrın 3-ü və dekabrın 3-də keçiriləcək.

Paylaş: