Be. Sen 16th, 2019

Erməni nazir Moskvaya gedir – Qarabağ münaqişəsinə görə

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan iyunun 7-də Moskvaya səfər edəcək.

Turkustan.info “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Artem Kojin deyib.

Erməni nazir səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.  /A24.Az/

Paylaş: