Bz. Sen 15th, 2019

Müharibə elan edildi: Bu gündən etibarən…

Bu günən etibarən ABŞ Avropaya qarşı ticarət müharibəsi elan edib. Belə ki, iyunun 1-dən etibarən Avropa Birliyi ölkələri, Kanada və Meksika üçün polad və alüminiuma rüsum tətbiqi başlayıb. Ekspertlər bunu Avropaya qarşı ticarət müharibəsi adlandırır.

Turkustan.info xəbər verir ki, sözügedən qərar Tramp tərəfindən hələ bu ilin martında verilmişdi. Amma Avropa Birliyi, Meksika və Kanada üçün qərarın icrası 1 iyuna qədər təxirə salınmışdı.

Bu gün isə bu qrup ölkələr üçün də yeni qaydalar qüvvəyə minib. Bu müddətdə tərəflər arasında razılışma əldə edilməyib.   /Cebhe.info/

Paylaş: