Ç. Yan 22nd, 2020

ABŞ-la bağlı dəhşətli statistika: Hər gün 20 əsgər və zabit özünü öldürür

ABŞ Silahlı Qüvvələrinin müharibə veteranlarının sui-qəsd probleminin qarşısını almaq məqsədi ilə Ağ Ev xüsusi tədbirlər planı hazırlayıb.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın veteranlarla iş üzrə nazirliyinin rəsmi məlumatında Silahlı Qüvvələrin hər gün 20-dək keçmiş əsgər və zabiti özünə qəsd etdiyi qeyd olunur.

Müstəqil ekspertlər isə reallıqda bu rəqəmin göstərilən rəsmi məlumatlardan daha çox olduğunu deyir. ABŞ hökuməti müharibə veteranlarının özünəqəsdlərinin qarşısını almaq və bu sayın azaldılması üçün hazırladığı tədbirlər planında veteranlara tibbi xidmətin keyfiyyətinin yükəsldilməsi və əlçatımlığı, eyni zamanda vətəndaş cəmiyyətinə psixoloji adaptasiyası tədbriləri öz əksini tapıb.

Nəzərdə tutulan proqramın icrası nəticəsində 2025-ci ildə veteranlarının özlərinə qui-qəsd hallarının 20 faiz azalacağına ümid edirlər.  /Avropa.info/

Paylaş: