C. Noy 22nd, 2019

Ermənistan ötən il nə qədər silah alıb? – Hesabat

Ermənistan ötən il altı ədəd iri çaplı artilleriya sistemi alıb.

Turkustan.info xəbər verir ki, bu barədə məlumat Rusiyanın BMT-yə verdiyi hesabatda yer alıb.

Hələ 2016-cı ildə Rusiya Ermənistana 200 milyon dollar kredit ayırıb. Bu vəsaitlə Ermənistana zenit raket kompleksləri, tank əleyhinə raket kompleksləri “Avtobaza-M” icra radiotexnika kəşfiyyatı kompleksləri, yerüstü “İqla-S”, 2017-ci ildə “Kornet”, ağır alovsaçan sistem, “Tufan”, ТОС-1а, snayper tüfəngləri, reaktiv sistemlər və s. silah növləri satılıb.

Azərbaycana isə ötən il 61 ədəd zirehli texnika satıldığı hesabatda yer alıb.  /Axar.az/

Paylaş: