Be. Noy 18th, 2019

Kraldan təhdid: Bu ölkə S-400 alarsa, hücuma keçəcəyik

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Fransa Prezidenti Emmanuel Makrondan S-400 zenit raket komplekslərinin Qətərə satışının qarşısını almağı tələb edib.

Turkustan.info xəbər verir ki bu barədə məlumatı Fransanın “Le Monde” qəzeti yazıb. Məlumata görə, kral Fransa prezidentinə yazdığı məktubda S-400 raketlərinin satışı dayandırılmasa, sərt tədbirlər görəcəyini qeyd edib:

S-400-lərin Səudiyyə Ərəbistanının hava məkanı üçün təhdid olduğunu bildirən kral Moskva və Doha arasındakı münasibətlərdən narahatlığını dilə gətirib. O, raketlərin Qətərə satışı reallaşdığı halda, hərbi əməliyyatlarla onların məhv edilməsinin lazım olduğunu bildirib.  /Axar.az/

Paylaş: