01 Dekabr 2020 21:29

Kremldən YAŞIL İŞIQ: Qarabağ bu yolla azad ediləcək

“Bu gün Ermənistan Rusiya və ABŞ-ın geosiyasi toqquşmasının səhnəsinə çevrilib”.

Turkustan.info xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov deyib.

Kuznetsovun fikrincə, Ermənistanda Moskvanın təsirinin sıxışdırılması Rusiya üçün iki ciddi nəticəyə səbəb ola bilər: “Birincisi, Rusiyanın daxili siyasətində erməni lobbisinin təsiri kəskin zəifləyəcək. Bu, hətta iki erməni lobbiçisinin – spiker Sovfeda Matviyenko və xarici işlər naziri Serqey Lavrov – vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi, Cənubi Qafqazda Rusiya ilə mehriban münasibəti olan bir ölkə – Azərbaycan qalacaq”.

Politoloqun sözlərinə görə, proseslərin belə inkişafı bütün İslam Asiyası üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aktuallığını artıracaq.

Kuznetsov hesab edir ki, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya yaşıl işıq yandıracağı ehtimalını artırır.

“Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”, – deyə o vurğulayıb.   /Publika.az/

Paylaş: