Be. Noy 18th, 2019

Putin təzə maşınını şahzadəyə göstərib lovğalandı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kremldəki görüşdən sonra Əbu-Dabi Vəliəhdi Şahzadə Məhəmməd bin Zayedə özünün yeni yerli istehsal olan zirehli limuzinini – “Kortej”i göstərib.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, görüş və birgə sənədlərin imzalanma mərasimindən sonra Putin və Məhəmməd bin Zayed, Böyük Kreml Sarayının həyətinə çıxıb.

Burada rus lider, Vəliəhd şahzadəyə öz limuzini göstərib. Abu Dabi Vəliəhd Şahzadə Məhəmməd bin Zayed əvvəlcə avtomobilə kənardan baxdı, daha sonra avtomobilin arxa oturacağına əyləşib.

Rusiya prezidenti Vladimir Putin mayın 7-də həyata keçirilən andiçmə mərasiminin keçirildiyi Andreyevskiy Zalına limuzini- “Kortej”i ilə gəlmişdi. Kremlin Sözçüsü Dmitri Peskov, Putinin bu avtomobili çox bəyəndiyini və bundan sonra yalnız bu avtomobili istifadə edəcəyini açıqlamışdı.

/A24.Az/

Paylaş: