26 Fevral 2021 07:34

Qarabağda yerli ermənilərlə gəlmələr arasında qırğın düşdü: 15 nəfər tutuldu

Xankəndində Ermənistandan gələn ermənilərlə Qarabağ erməniləri arasında kütləvi dava olub.

Turkustan.info erməni mətbuatına istinadən xəbər verir ki, dava “təhlükəsizlik orqanları”nın əməkdaşları ilə şəhər əhalisi arasında düşüb.

Qarşıdurma zamanı 15 nəfər saxlanılıb. Hadisəni törədənləri polis idarəsinə aparıblar.

Araşdırma zamanı bəlli olub ki, davaya yerli erməni ilə “təhlükəsizlik xidməti”nin arasında olan mübahisə səbəb olub. Davanın məişət zəminində baş verdiyi bildirilir.   /Avropa.info/

Paylaş: