Ç. Noy 20th, 2019

Tiflis niyə qarışdı: Xalqın tələbi, yoxsa sui-istifadə?

Tiflisdə baş verən cinayət aşkar şəkildə manipulyasiyaya məruz qalır.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tiflisdəki son etirazları şərh edən Tiflis meri Kaxa Kaladze deyib.

“Mən bir daha David Saralidze və Levan Dadunaşvilinin ailələrinə və yaxınlarına başsağlığı vermək istəyirəm. Biz görürük ki, konkret qüvvələr bu ailələrin faciəsini manipulyasiya edir, ölkədə müəyyən destabilizasiya yaratmağa cəhd edir. Biz imkan verməyəcəyik ki, ölkədə destabilizasiya yaransın”, – deyə o bildirib.

Gürcüstanın müxalif Avropa Gürcüstanı Partiyasının liderlərindən olan Giqa Bokeriya isə daha sərt mövqe tutub. O, Tiflisdə baş verən cinayətin effektiv araşdırılması üçün ictimaiyyətin güvəndiyi baş prokurorun təyin edilməsi gərəkdiyini söyləyib. Bokeriya növbədənkənar parlament seçkisini də tələb edib:

“Yalnız bu, ölkədə baş verən situasiyanı sakitləşdirə bilər. Hökumət etirazların yavaş-yavaş sakitləşəcəyini düşünür. Bu, böyük səhvdir”.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.  /Axar.az/

Paylaş: