Bz. Yan 26th, 2020

Türkiyədən Fələstinlə bağlı ABŞ-a sərt etiraz

ABŞ haqlının yox, bir daha güclünün, haqsızın yanında olduğunu nümayiş etdirdi.

Turkustan.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi İbrahim Kalın ABŞ-ın Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasında müzakirə olunan qətnaməyə veto qoymasına, İsrailə dəstək verməsinə münasibətini bildirərkən deyib.

“ABŞ rəhbərliyinin Fələstin xalqının müdafiə və mühafizə edilməsinə dair qətnaməyə veto qoyması gözlənilməz deyil. Bu, haqlının deyil, güclünün yanında olduqlarını bir daha nümayiş etdirir. Ancaq Fələstin xalqı və Qüds yalnız deyil.

Onların haqlı mübarizəsinə dəstəyimiz davam edəcək”, – deyə Kalın əlavə edib.  /Oxu.Az/

Paylaş: