26 Noyabr 2020 10:51

İsraillə İran arasında müharibə olsa… – NATO-dan şok bəyanat

İsraillə İran arasında silahlı qarşıdurma yaşanarsa, NATO İsrailə yardım etməyəcək.

Turkustan.info xəbər verir ki, bunu “Der Şpiqel” dərgisinə açıqlamasında NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. O, NATO-ya üzv olmadığı üçün İsrailə 100 faizlik təhülkəsizlik üçün söz verə bilməyəcəklərini deyib.

Baş katib bütün NATO üzvlərinin İranın nüvə proqramından və terrorçu qruplaşmlara dəstək verməsindən narahat olduğunu bildirib.   /Axar.az/

Paylaş: