27 Fevral 2021 19:24

ABŞ koalisiyası Suriyada əməliyyatın II mərhələsinə başladı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriyanın Demokratik Qüvvələri” (SDQ) və İraq ordusu Suriya-İraq sərhədində İŞİD-ə qarşı “Roundup” əməliyyatının ikinci mərhələsinə start veriblər. 
Turkustan.info Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir.
SDQ-nın quru qüvvələrinin İŞİD-ə qarşı həyata keçirdiyi hücumu koalisiyanın transmilli və koordinasiya edilmiş hava zərbələri habelə İraq ordusunun artilleriya zərbələri ilə lə dəstəklənir”, deyə məlumatda bildirilir.
“İŞİD üzvlərinin Suriyadan İraq ərazisinə keşməsinin qarşısını almaq üçün İraq ordusunun sərhəddəki kontingenti gücləndirilib”, deyə məlumatda qeyd olunur.
Qeyd edək ki “Roundup” əməliyyatı mayın 1-də başlayıb. Əməliyyatın birinci fazası Əl-Baquza-Fokani şəhərinin azad olunması ilə nəticələnib.   /Unikal.org/

Paylaş: