Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya bildirilib ki, bu günlərdə QSC-nin Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikası əsaslı təmirdən sonra istifadəyə verilib.

Tədbirdə Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov iştirak edib. Bildirilib ki, son üç il ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyatında da yeni dönəm başlayıb. Yeni beynəlxalq və regional layihələr uğurla icra olunur, infrastruktur yenilənir, yenidənqurma işləri davam edir. Dəmir yolunun bütün sahələrində olduğu kimi, Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan tibb müəssisələri də yenidən qurulur, dəmiryolçulara və onların ailə üzvlərinə nümunəvi tibbi xidmət göstərmək üçün yeni tibbi avadanlıqlar alınır.

Sonra tədbir iştirakçıları əsaslı təmir olunan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikasına baxış keçiriblər.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al