28 Noyabr 2020 06:31

Türkiyə daha 3 şəhid verdi

Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatı ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində bir əsgərin də yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər.

Qeyd edək ki, vilayətdə terrorçuların məhv edilməsi istiqamətində xüsusi əməliyyata başlanılıb.   /Yenicag.Az/

Paylaş: