07 Avqust 2020 19:51

Deputat: Bu nadanı dostluqdan qovuram – Video

Daha bir ilahiyyatçı peyda olub bizim mövqeyimizi Axar.az saytında təftiş etməyə başladı. Doğrusu, Xalq Hərəkatından illərdir tanıdığım, davranışlarına hörmət bəslədiyim Rəsul Mirhəşimlinin bu qədər cahil, gerizəkalı olduğuna üzüldüm və anladım ki, sektant düşüncəsinə qapılmış bu kimi insanlar artıq cəhaləti, nadanlığı, geriçiliyi müdafiə edəcək qədər itirilmiş məxluqlardır.

Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. İlahiyyatçı Rəsul Mirhəşimlinin onun fikirlərini yanlış anladığını deyən deputat sözügedən şəxsin Azərbaycan üçün potensial təhlükə olduğunu bildirib:

“Adam mətni oxuyub anlamayıb ki, biz inanc barədə bir kəlmə də fikir bildirməmişik. Sadəcə, konkret bir şəxsin timsalında söyləmişik ki, sakit tərzdə mikrofonu götürüb, istədiyin qədər inancını, yanlışını və ya doğrunu təbliğ et, sakitcə gedib ibadətlə məşğul ol, ancaq islam adına teatr düzənləyib insanların mənəviyyatını pozacaq bağırtılara, davranışlara yol vermə. Bu həm də təbliğ etmək istədiyiniz inancı, dini hörmətdən salır. Əvəzində isə adam mənə zəncirin fəzilətindən bəhs etməyə çalışıb. Maraqlıdır ki, bu adam Sabiri, Mirzə Cəlil oxuya-oxuya hələ də zəncir sevgisini itirməyibsə, demək ki, özünü itirib, yox edib. Rəsul Mirhəşimli adlı cahili, nadanı, fars militanını həm virtual, həm də dünya dostluğumdan qovuram. Çünki cəhaləti dəstəkləyən, ona pirim verən hər bir insan Azərbaycanımız, eləcə də onun gələcəyi üçün potensial təhlükədir”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videonu paylaşaraq tənqid edib. O, Azərbaycanda islama bu cür yanaşmanın Quranda yazılanlarla heç bir əlaqəsinin olmadığını söyləyib. İlahiyyatçı Rəsul Mirhəşimli isə saytımıza açıqlamasında belə davranışın millət vəkilinə yaraşmadığını,videoda ağlayan şəxslərə qarşı münasibətinin doğru olmadığını deyib. İlahiyyatçı F.Mustafaya kiminsə inancına münasibət bildirmək əvəzinə, seçicilərinin problemi və qanunvericilik məsələləri ilə məşğul olmağı tövsiyə edib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin