Bz. Yan 19th, 2020

Kassadan bilet almağa ehtiyac olmayacaq – QATARLARDA YENİLİK

Azərbaycanda elektrik qatarları üçün yeni ödəmə sisteminin tətbiqi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” ASC-dən verilən məlumata görə, sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait  kartın balansından silinəcək. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

Elektron kart sistemi birinci mərhələdə Bakı-Sumqayıt-Bakı marşrutunda, sonrakı mərhələdə isə Bakı-Sabunçu-Sumqayıt və digər marşrutlarda hərəkət edən elektrik qatarlarında tətbiq olunacaq.   /cebhe.info/

Paylaş: