Ürəyi vətənlə döyünən cəsur əsgər

Elnur Eltürk 

Dostum Rəhim Sulduzludan yazmaq istəyirəm. Onunla dostluğumuz 2004-cü ildən başlayır. Hələ 24 yaşında Cənubi Azərbaycanın Sulduz şəhərindən Şimali Azərbaycana gələrək, Ermənistanın Dağlıq Qarabağdakı işğalçı hücumlarına qarşı döyüşlərdə iştirak edib.

Rəhim Sulduzlu Bütöv Azərbaycan gəncliyinə örnək vətənpərvər insanlardandır. Rəhim Sulduzlu peşəkar əsgər kimi ordumuzun formalaşmasında xidmətlər göstərib. Qubadlıda gedən döyüşlərdə iştirak edib. Komandir kimi düşmənlə savaşda bir sıra qəhrəmanlıqlar göstərib. 

İsveçrədə yaşayan tanınmış yazar Elbəyi Həsənli aprel döyüşləri zamanı Rəhim Sulduzlu haqqında bu sözləri təsadüfən yazmırdı: 

“Bu günlərdə Qarabağda yenidən savaş başlayanda Rəhim bəy Bakıya tələsib. Bilet alıb. Ailəsi ilə halallaşıb ki, Qarabağda döyüşən oğullarımıza qoşulsun. Nə yazıq ki, Rəhim bəy indi çox məyusdur. Qarabağda atəşkəsin elan olunmasına çox üzülüb. Amma Bakıya səfəri qüvvədədir. Deyir ki, bəlkə mən gedənə döyüşlər yenidən başladı…”. 

Ürəyi vətənlə döyünən cəsur əsgər Rəhim Sulduzlu belə dəyərli insanlarımızdandır. 


Atəşkəs dövründə müxtəlif sahələrdə çalışmasına baxmayaraq, daim ürəyi Qarabağla döyünüb. Həmişə söhbətində cəbhə dostlarını xatırlayır. 

O, Avropada Azərbaycan diasporunun formalaşmasında böyük zəhmətlər çəkib. Yaşadığı İsveçrə dövlətində İsveçrə-Azərvaycan Dostluq Cəmiyyətini təsis edərək, Azərbaycanın təbliğatını aparıb. Fəaliyyəti dövründə İsveçrə parlamenti, siyasi dairələri ilə sıx əlaqələr qurub. İsveçrə mediasında ölkəmizin xeyrinə yazıların çap olunmasını diqqətdə saxlayıb. Milli məsələlərin İsveçrə parlamentində müzakirələrə çıxarılmasına nail olub. 

O, bir zamanlar Avropada Dünya Azərbaycanlıları Konqresinin formalaşmasında xüsusi fəallığı ilə seçilirdi. Rəhim Sulduzlu bu gün diaspor sahəsində olmasa da, ürəyi daim vətənlə döyünür. Vətən onun üçün əziz və müqəddəs amaldır. Vətən ona Ana qədər əziz, doğmadır.

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al