26 Fevral 2021 04:45

Ermənistan bu il Naxçıvanın işğalı üçün hərəkətə keçəcək – Planın üstü açıldı

Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı iddialar yenidən gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, erməni politoloq Levon Şirinyan bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan ərazisinə qatacaqlarını iddia edib.

“Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi, siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın “erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 20-də erməni hərbi birləşmələrinin Naxçıvan istiqamətində hücuma keçməsi də təsadüfi deyildi.   /Publika.az/

Paylaş: