03 Dekabr 2020 14:59

Məişət zorakılığına məruz qalmış uşaqlar üçün tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin reabilitasiyası və maarifləndirilməsi üçün treninqlərin keçirilməsi”adlı növbəti layihəsinin icrasını Göyçay rayon 1№ tam orta məktəbində keçirib

 Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işçisi Fərid Qəhrəmanov da iştirak edib.
 Tədbiri giriş sözü ilə təşkilatın sədri Samirə Mustafayeva açıb, maarifləndirici video-çarx göstərildikdən sonra təşkilatın psixoloqu Zülfiyyə Nuriyeva psixoloji təlimatlar vermiş və uşaqların iştirakı ilə ani səhnəcik canlandırılıb. Təşkilatın hüquqşünası Nigar Atabəyli zarakılığa məruz qalmanın hüquqi aspektlərindən danışıb. 
Tədbirdən sonra problemli uşaqlarla söhbətlər aparılıb, onlara psixoloji və hüquqi yardım göstərilib.
“Azad Həmfikirlər” GMİB-nin sədri Samirə Mustafayeva

Paylaş: