İndi onlara yanlarında kişi lazım deyil
Səudiyyə Ərəbistanında qadınların illərdir həsrətində olduqları gün gəlib çatdı. Turkustan.info-nun məlumatına görə, ötən il maşın sürmələrinə icazə verilən qadınlar artıq sürücülük vəsiqələrini almağa başlayıblar.
Bir həftə ərzində 100-dən çox qadın bu hüququndan istifadə edərək vəsiqəsinə qovuşub.
Yerli telekanlların məlumatına görə, vəsiqələrin verilməsinə nəzərdə tutulan vaxtdan üç həftə tez başlanılıb.
İndi ərəb qadınlar heç bir kişinin müşayiəti olmadan ölkə ərazisində rahat şəkildə avtomobil idarə edə bilər.
/İstiPress/