Sarkisyan 5 rayonu azad etməyə hazırlaşırmış? – İddialara politoloq BAXIŞI

“Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert, jurnalist var. Onlar ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac toxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub”.

Cebhe.info xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, sözügedn iddia yumşaq desək nağıla oxşayır: 

“Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?

Fikrimcə, nə Sərkisyan 5 rayonu azad etmək istəyirdi, nə də Moskvanın bu məsələdə Ermənistanın keçmiş prezidentinə hər hansı təzyiqi olub. Sadəcə, Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Yəqin tapşırıq elədir. Bu onların işidirsə, mənim də vəzifəm heç nəyə əsaslanmayan açıqlamalara inanmaq yox, Rusiyanın atdığı addımları analiz etməkdir. Ancaq mən onların hər həftə verdikləri açıqlamaları şərh etmək istəmirəm. Siyasətçinin sözlərini şərh etmək olar, ancaq siyasi ekspertin bir başqa ekspertin sözlərini hər dəfə şərh etməsini doğru saymıram”.    /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al