C. Sen 20th, 2019

Avro bahalaşır: Dolların taleyi necə olacaq? – Ekspert rəyi

Xəbər verdiyimiz kimi 2018-ci ilin iyun ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyun ayının 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 2.0052 manata, rubl/manat məzənnəsi isə 0,0276 manata qalxıb. 1 türk lirəsi isə 0,3741 manata yüksəlib.

Qeyd edək ki, iyunun 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9916 manata, 1 rubl 0,0274 manata, 1 türk lirəsi isə 0,3701 manata bərabər idi.

Avro təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də cüzi formada bahalaşıb. Avronun bahalaşmasının dollara təsirsiz ötüşməyəcəyini düşünən bəzi ekspertlər hesab edir ki, ən qısa zamanda bu özünü biruzə verəcək.

Avronun bahalaşmasına münasibət bildirən istisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya açıqlamasında bildirdi ki, bu məsələdə tələsik proqnoz vermək olmaz.

Konkret dolların Azərbaycandakı durumundan danışan ekspert qısaca olaraq bildirdi ki, avronun bahalaşmasının ABŞ valyutasına heç bir təsiri olmayacaq. O, fikrini belə izah etdi: “Azərbaycan manatının kursu ABŞ valyutasına bağlıdır. Və milli pul vahidimizin dəyəri dollara əsasən müəyyən edilir. Avronun bahalaşması bilavasitə iqtisadi canlanma ilə bağlıdır. Söhbət, sözügedən zona yəni Avropadan gedir. Bu, ümumən dolların nisbətən zəifləməsi ilə əlaqədardır. Neftin qiymətinə görə ABŞ dollarının dəyərdən düşməsi təbii haldır. Lakin qeyd olunan tendensiuanın müəyyən bir həddi var”.   /Cebhe.info/

Paylaş: