C. Sen 20th, 2019

Azərbaycan prezidentinə YENİ SƏLAHİYYƏT VERİLDİ

Azərbaycan prezidentinin yeni səlahiyyəti müəyyənləşib.
Turkustan.info-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında ” Azərbaycan prezidentinin fərmanında əksini tapıb.
Beləliklə, bundan sonra Azərbaycan Respublikası Prezidentinin aktları ilə dövlət əmlakına münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, dövlət müəssisələrinin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması ilə bağlı digər hallar nəzərdə tutula bilər.
Müvafiq olaraq  Azərbaycan prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” fərmanında da müvafiq dəyişikliklər edilib.

Paylaş: