C. Sen 20th, 2019

Tramp Ərdoğanla razılaşıb – Ruslar yenə oyundankənar qalacaq

Türkiyə hökuməti uzun müddətdir Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəyir ki, bu da ABŞ-ın etirazı ilə qarşılanmışdı. 

Turkustan.info “Hürriyet”ə istinadən xəbər verir ki, Vaşinqton razılaşma ləğv edilməzsə, Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyini də bildirmişdi.

Türkiyə isə sanksiya tətbiq olunarsa, buna adekvat cavab verəcəklərini açıqlamışdı.

Qeyd olunur ki, Donald Tramp Ərdoğanı S-400 raketlərindən imtina etməyə çağırmışdı. Ağ Ev sahibi bunun əvəzində ən müasir “Patriot” raketlərini Ankaraya satacaqlarını bildirmişdi. Ərdoğan hökuməti isə bildirmişdi ki, əgər Trampın komandası raket satışı barədə Konqresdən razılığı təmin edərsə, bu varinata razı olacaqlar. 

Tərəflərin indi razılaşmaya yaxın olduqları bildirilir.  /Modern.az/

Paylaş: