C. Sen 20th, 2019

Liderin xanım aparıcısının efirdə ŞALVARI DÜŞDÜ – ŞOK GÖRÜNTÜLƏR – VİDEO

“Lider”in aparıcısı Fatimə Vüsalqızının şalvarı çəkiliş zamanı sürüşərək əynindən düşüb. Bunu görən aparıcı kamera önündə rəqs etməyə başlayıb.

Turkustan.info xəbər verir ki, çəkiliş prosesindən baş verən həmin görüntülər montajla proqramdan çıxarılıb və efirə getməyib. Lakin sözügedən hadisənin kadrları sosial şəbəkədə yayılıb.

Aparıcı Fatimə Vüsalqızı məsələ ilə bağlı açıqlama verib:

“Bu, kadrarxası görüntülərdir. Videonun mediada necə yayılmasından xəbərim belə yoxdur. Bildiyiniz kimi, “Lider maqazin” verilişinin aparıcısıyam. Özümə xas rəngarəngliyimlə bütün maqazin aparıcılarından fərqlənirəm. Buhəftəki verilişin qonağı rəqqasə Fatimə idi. Qonağımı nəzərə alaraq verilişdə özüm üçün hind obrazı yaratmışdım. Veriliş bitəndə mənə bu obraza uyğun olaraq iki rəqs hərəkəti öyrətməyi xahiş etdim. Amma hansısa ağzı göyçəklərin bu videonu yayması bütün saytlarda səs-küyə səbəb oldu. Xoşagəlməz rəy yazan ağzıgöyçəklərə demək istəyirəm ki, “pişiyin əli ətə çatmayanda deyir iy gəlir”. Siz həmin pişiklərdənsiniz. Bilin ki, bu görüntülər efirə getməyib. Yəni bunun efirimizə aidiyyəti yoxdur”.

/publika.az/

Paylaş: