C. Sen 20th, 2019

Niderlandlılardan ADR-in 100 illiyinə diqqət

Niderland mətbuatında çıxan bir çox yazım, müsahibəm yerli insanlar (xüsusən bəzi jurnalistlər və siyasət, elm adamları) tərəfindən maraq görüb və bu yazılar sosial şəbəkələrdə onların onlar tərəfindən səhifələrində paylaşılıb” – diaspor üzrə araşdırmaçı jurnnalist Elnur Eltürkün sözlərinə görə bunları Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov öz fb səhifəsində paylaşıb.
Daha sonra soydaşımız qeyd edib ki, baxmayaraq onun bir çox yazıları diqqət görüb, Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyi ilə bağlı yazılan yazısının diqqət görməsi ona xüsusilə qürur verib. Belə ki, bəzi jurnalistlər, siyasət, elm adamları, sadə niderlandlılar bu yazını (yazıya keçid: https://rfgmagazine.nl/honderd-jaar-azerbeidzjan-valt-er-iets-te-vieren/) özlərinin sosial şəbəkələrdəki səhifələrində “Gözəl bir ölkə” (Prachtig land) başlığı ilə paylaşıblar. Soydaşımızın dediyinə görə sözü gedən yazı ilə bağlı çoxsaylı və müxtəlif reaksiyalar alıb. Soydaşımız Elnur Eltürklə söhbətində bildirib ki, gələcəkdə də ölkəmizlə bağlı bir çox yazılar yazmaq fikrindədir və ümid edir ki, bu yazılar da yerli insanlar tərəfindən diqqətlə qarşılanacaq.

 

Paylaş: