Ca. Sen 19th, 2019

Dağlıq Qarabağda fransızların “qoyun siyasəti”

Politoloq: “Bütün bu kimi addımlar sadəcə olaraq görüntü yaratmaq üçündür”

“Fransız Protestant Kilsəsi və Ermənistan arasında Saziş” xeyriyyə təşkilatı” (“SPFA”) Martuni rayonunun Taqavard kəndində 10 imkansız ailəyə hər birinə 4 olmaqla 40 qoyun bağışlayıb. 

Turkustan.info Moderator.az-a istinadən bildirib ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb. Bu barədə jurnalistlərə “SPFA”nın Qarabağ ofisinin nümayəndəsi Lilit Minasyan bildirib.

“Maldarlıq və qoyunçuluğun inkişafına dəstək proqramına görə bu ailələr onlara verilmiş qoyunları 20 ay ərzində kəsə və sata bilməzlər”, -deyə L. Minasyan bildirib. Onun sözlərinə görə, “SPFA” işğal altındakı Azərbaycan torpaqlarında bu proqramı 2004-cü ildən həyata keçirir. Layihəyə Əsgəran bölgəsinin Xaçen kəndində start verilib. Sonuncu dəfə 2016-cı ildə bu proqram çərçivəsində Əsgəran rayonunun Xramort kəndində 17 ailəyə qoyun verilib.

Həmçinin məlumat yayılıb ki, ermənilər Azərbaycan torpaqları olan Qarabağda müxtəlif tikinti işlərinə də başlayıblar.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mövqeyini almağa cəhd etsək də, buna nail ola bilmədik.

Картинки по запросу politoloq Mübariz Əhmədoğlu

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu söyləyib ki, ermənilərin içərisində hazırda baş verən “məxməri inqilabı”nı oyanış kimi qəbul edənlər var:

“Yəni erməni diasporunun fikrincə Qarabağ klanı 20 il diaspordan gələn pulu öz cibinə xərcləyib və bundan Qarabağa heç bir fayda olmayıb. Sevinirlər ki, Serj Sərkisyan hakimiyyətdən gedib. Bu istiqamətdə hazırda müəyyən hərəkətlənmələr də var. Ancaq bu, hərəkətlənmə Ermənistanın özündədir. Dağlıq Qarabağda elə hərəkətlər düşünürəm ki, oradakı son proseslərin nəticəsidir. Dağlıq Qarabağda yaşayan Fransa vətəndaşları da var. Hətta fransız var ki, Dağlıq Qarabağdan qız alıb, orada qalır. Həmin fransızlar Dağlıq Qarabağa humanitar təşkilatların biznes xətti ilə gəliblər. Lakin sonradan orada qalıb, evləniblər. İndi də düşünürlər ki, Dağlıq Qarabağda vəziyyət çox gərgindir. Onlar həmçinin hesab edirlər ki, Dağlıq Qarabağda vəziyyət nəzarətdən çıxa bilər və oradakı ermənilər Ermənistana qarşı qiyam edə bilərlər. Bunun nəticəsində onların fikrincə Dağlıq Qarabağ ermənilərindən müəyyən bir qrup Azərbaycana da müraciət edə bilər. Bu, əslində onların bütün siyasi karyeralarının, siyasi əqidələrinin iflası deməkdir. Ona görə də belə görüntü yaradırlar. Dağlıq Qarabağın keçmiş dövlət naziri Arayik Harutyunyan son mitinqlərdə çıxıb camaatın qarşısında etiraf etdi ki, bəli, problemlər çoxdur. Doğrudan da Dağlıq Qarabağda problemlər yığılıb, qalıb. Orada əhali bank girovlarının içərisindədir. İndi də hakimiyyət dəyişib və köhnə əlaqələr yenidən işə düşüb”.

Politoloq hesab edir ki, bütün bunlar sadəcə olaraq görüntü yaratmaq üçün atılan addımlardır:

“Erməni diasporu əvvəlki səviyyədə deyil. 1989-90-cı illərdə dünyanın varlı ermənilərinin o dövrün pulu ilə 500 milyard dollar pulu var idi. “Alkatel” şirkətinin başçısı vardı ki, onun milliyyəti erməni idi. Bu şirkətin illik 150 milyard avro dövriyyəsi var idi. Həmin adam Ermənistanın başçısından güclü idi. O dövrdə Koçaryan çox çalışdı ki, Jark Şirakı Ermənistana gətirsin, gətirə bilmədi. Ancaq “Alkatel”in rəhbəri Serj Çuruk Jark Şirakla görüşdü və o, qərar qəbul etdi ki, Ermənistana səfər etsin. Belə bir ermənilərin olduğu dövr hara, indiki dövr hara. Hazırkıda diaspora Ermənistandakı ermənilərin hamısını oğru hesab edir. İndi kilsə qoyun verirsə, bu, adi bir şeydir. Məsələ ab-havaya təsir edəcək dərəcədə ciddi deyil. Bütün bunlara baxmayaraq əgər məsələni mətbuat bu cür qabardırsa, müvafiq qurumlar öz reaksiyasını verəcək”.

  

Paylaş: