Ca. Sen 19th, 2019

Fazil Mustafa astroloqa CAVAB VERDİ: “Səbuhi Rəhimli adlı bir falçı…”

Milli Məclisin deputatı Fazil Mustafa tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimliyə onun haqqında səsləndirdiyi fikirlərə görə cavab verib.

 F.Mustafa deyib:

“Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi”. Bu sözləri Səbuhi Rəhimli adlı bir falçı yazıb. Sonra da deyiirlər ki, bu böhtançılara niyə sərt cavab verirsən? Böhtançıya necə cavab verilər, lütfən izah etsinlər, nəzərə alıb o cür də davranaq. Adam arada ulduz falına baxır, hər il başlanğıcında həmin il barədə ulduzların ona nə pıçıldaşdığından danışır, burdan-bura ulduzlardan soruşa bilmir ki, mərhum Əbülfəz Elçiibəy həyatında bir dəfə də olsun Fazil Mustafa barədə bircə kəlmə də narazılıq ifadə edən söz söyləyibmi? Kitabları açın, kasetləri araşdırın, o zamanın şahidi insanlardan soruşun! Zavallı falçı, mənə böhtan atmaq istəyirsinzsə, birbaşa özümlə bağlı sözlərinizi ifadə edin, mərhum Əbülfəz bəyin adından bu cür qarayaxmaları niyə icad edirsiniz?”.

Fazil Mustafa xatırladıb ki, Əbülfəz Elçibəyin vəfat etdiyi günə qədər onun siyasi məsələlər üzrə müavini olub, orta məktəb şagirdi olandan onun gizli siyasi təşkilatında çalışıb, bütün siyasi mübarizəsində, Kələkidə belə birlikdə olub:

“Türkiyədə belə onun yeganə təmsilçisi olmuşam və hətta vəfat edəndə belə son vəsiyyətlərini öz istəyi üzrə mənə təqdim ediblər ki, üslubunu düzəldim, bu qədər etimaddan sonra Əbülfəz bəy mənə niyə bu sözləri söyləməliydi? Başqa bir cahilin də sözü bitən kimi, “ona görə xoşlamıram ki, Əbülfəz bəyi satdı” deyir. Bu böyük şəxsiyyət vəfat edən günə kimi onunla birlikdə olan bir adam onu necə sata bilər? Əgər siyasətdə bu gün mənim mövqeyimdən gedirsə, ağlı başında olan insanlar bütün mesajlarımdan, davranışlarımdan, yazılarımdan, çıxışlarımdan milli ideyalarımızı daha səmiimiyyətlə gerçəkləşdirməyə çalışdığımızı görmürlərmi? 

Din məsələsinə gəldikdə isə, mərhum Əbülfəz bəylə bu baradə çox maraqlı müzakirələr aparmışıq, gəldiyimiz ortaq qənaət bu olub ki, İslam deyiləndə müsəlman tanıtımından başqa istər nurçu olsun, istər falçı olsun, istər də başqa adlarla özünü tanıtım olsun, hamısı cəfəngiyyatdır. Vicdanınıza baxa bilmirsinizsə, heç olmazca falınıza doğru-dürüst baxın”.

Xatırladaq ki, jurnalist-ilahiyyatçı Rəsul Mirhəşimli ilə Fazil Musata arasındakı davada birincini dəstəkləyən Səbugi Rəhimli deyib:

“Fazil Mustafanın savadına şübhəm olmasa da, çox məqamlarda göstərdiyi mövqe və manevri zərərli olur. Bildiyi şeylə bilmədiyi şeyi təkzib etmək istəyir, özü də radikal və millət vəkili adına yaraşmayan formada. Mən Rəsul haqqında dediklərimi Fazil bəy haqqında deyə bilmərəm. Ən azından ikinci şəxs idarə edən siyasətdə yox, idarə olunan siyasətdədir. Klassik hərəkatçılardan eşitdiyimə görə, mərhum Elçibəy deyirmiş ki, mən Fazili Türkiyəyə göndərdim ki, türkçülüyü öyrənsin, o isə gedib nurçuluğu öyrəndi.
Nə baş verməsindən asılı olmayaraq, son məsələdə Rəsul Mirhəşimli haqlıdır və biz haqqın tərəfində duracağıq. Sabah Fazil bəyə də həqarət olunsa, eyni mövqedən çıxış edərik..”.   /Modern.az/

Paylaş: