Ca. Sen 19th, 2019

Qənirə Paşayeva Türkiyədə Cümhuriyyət fəallarından Mizrəbala Məmmədzadə ilə bağlı məruzə edib

Tədbirin açılışında çıxış edən İstanbul Türk Ocaklarının rəhbəri Cezmi Bayram Azərbaycanın Cümhuriyyətinin 100-cü ildönümündə  Cümhuriyyət qurucularından Mirzəbala Məmmədzadəyə həsr olunmuş  tədbiri təşkil etməyi özlərinə borc bildiklərini vurğulayıb. O, bildirib ki,  gənc nəsillərimizin ortaq tariximizi və böyük aydınlarımızı yaxından tanıması istiqamətində tədbirlər bundan sonra da davam edəcək. Tədbirdə çıxış edən millət vəkili, Doc.Dr. Q.Paşayeva bildirib ki, Azərbaycanın və Türk dünyasının dəyərli dövlət adamı və aydını  Mirzəbala Məmmədzadəni Türk  gənclərinin yaxından tanıması və öyrənməsi önəmlidir. Mirzəbala Məmmədzadənin həyatı ilə bağlı geniş məruzə edən millət vəkili Q.Paşayeva onun Azərbaycan üçün xidmətlərindən danışıb və sovet işğalından sonra da onun Azərbaycan milli mücadiləsini dünyanın hər yerində təbliğ etdiyini, onun qardaş Türkiyədə, Polşada, Almaniyada bu istiqamətdə gördüyü böyük işlərdən danışıb. Mirzəbala Məmmədzadənin yazdığı yazıları kitablar halında daha çox nəşr etməliyik deyən millət vəkili biz ilk öncə böyüyən gənc nəsillərimizə tariximizi daha geniş öyrətməliyik deyib. Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilmədi və müstəqilliyimzii bərpa etdikdən sonra yük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biridir deyən millət vəkili Q.Paşayeva gəncləri Mirzəbala Məmmədzadə kimi fədai aydınları daha geniş öyrənməyə, örnək almağa çağırıb.

Advertisements

Paylaş: