Bz. Sen 15th, 2019

Bu qələbə bir daha təsdiqlədi: Rədd olub gedəcəklər…

Hər gün bu xəbərləri gözlədik.

Turkustan.info xəbər verir ki. bu sözləri millət vəkili Qənirə Paşayeva Günnüt kəndinin və xankəndi-İrəvan yoluna nəzarətə imkan verən bir neçə yüksəkliyin azad edilməsinə münasibətində bildirib. Q.Paşayeva qeyd edib ki, Lələ Təpənin işğaldan azad edilməsi, Cocuq Mərcanlıya qayıdış, indi də Naxçıvanda Günnüt kəndinin işğaldan azad edilməsi və Naxçıvan istiqamətində əldə edilən uğurlar hər bir azərbaycanlını sevindirir:

“İşğalçı Ermənistan artlq anlamalıdır ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman əsgərlərimizin iradəsi və gücü ilə işğal altında olan digər torpaqlarımız da bu cür azad ediləcək. İşğalçılar rahat yata bilməyəcəklər bizim torpaqlarımızda. İşğalçılar rədd olub gedəcəklər. Qələbələrin bol olsun, Azərbaycan! Nur içində yat, şəhid qardaşımız Adil Tatarov! Səni və bütün şəhidlərimizi hər zaman sevgi ilə anacağıq”.   /Axar.az/

Paylaş: