C. Sen 20th, 2019

“Ermənistan hələ Naxçıvan cəbhəsindən çox zərbələr alacaq”

Düşmən Azərbaycan ordusunun gücünün hansı səviyyədə olduğunu bir daha şahidi oldu. 
Bu sözləri”Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov Naxçıvanda 11 min hektar ərazinin azad olunması ilə bağlı fikirlərini şərh edərkən bildirib. 
“Naxçıvanda 11 min hektar ərazinin azad olunması,strateji yerlərin düşməndən təmizlənməsi Ermənistanın ağlını başına gətirməlidir. Bu həm də Qarabağın işğalına son qoyacaq prosesə təkan verəcək. Xatırlayırsınızsa,bu yaxınlarda cənab prezident İlham Əliyev Naxçıvan səfərində bir sıra vacib mesajlar vermişdir. Mesajlardan sonra torpaqlarımızın azad olunması ölkə rəhbərinin mesajlarının həyata keçirildiyini təsdiqlədi.
Bir neçə il əvvəl Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə bağlı yüksək səviyyədə verilən qərar, bu gün özünü doğruldur və düşmənin çirkin,məkrli planlarını pozur. Ümumiyyətlə,Ermənistan Naxçıvan cəbhəsindən bərk narahatdır. Bunu erməni rəsmiləri çıxışlarında dilə gətirirlər. Bu günlərdə uğurlu əməliyyatın baş tutması və nəticədə də ərazilərimizin azad olunması Ermənistana praktiki cavab oldu”.

Paylaş: