Bz. Sen 15th, 2019

Məişət zorakılığı qurbanları üçün maarifləndirici seminarlar keçirilib

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndimə işinin təşkili” adlı layihənin icrasıyla bağlı 22-23.05.2018-ci il tarixində Bakı Dövlət Universitetində və 24-25.05.2018-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində maarifləndirici seminarlar keçirilib.

Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə hər iki universitetdə sosial işçi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə 2 günlük seminarlar təşkil olunmuşdur. Onun sözlərinə görə məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərən və “Sosial işçi” ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan və məzun olan sosial işçilərin təcrübə bazasının, onların bilik və bacarıqlarında yenilik yaradaraq göstərdikləri xidmətin keyfiyyət səviyyəsinin (işgüzarlıq, ünsiyyət bacarığı, mehriban davranış, qayğı və diqqətin yüksəldilməsi və s.) artırılmasından bəhs edən bu seminarlar məhz peşəkar və beynəlxalq təcrübə keçmiş ekspertin tövsiyyələrindən faydalanmaları vacib və lazımlıdır.
 BDU- da təşkil olunmuş seminarda tələbələrlə bərabər “Sosial İş“ kafedrasının müdiri Üzeyir Şəfiyev də iştirak etmişdir. O, həm tələbələri, həm də layihənin işçi qrupunu salamlayaraq bu seminarın tələbələr üçün nə qədər faydalı olacağı barəsində məlumat verdi. Qeyd etdi ki, belə layihələrin universitet tələbələri üçün təşkil olunması onlara böyük təcrübə qazandırır, eyni zamanda sosial iş ixtisasının cəmiyyət üçün vacib olduğu haqda məlumatlar vermiş olur. Seminar zamanı tələbələrə ixtisasa uyğun əyləncəli praktiki oyunlar təşkil olundu. Analoji seminarlar ATMU-də də təşkil olundu. 
Seminarlarda tələbələrlə birgə “Xidmət mühəndisliyi” fakultəsinin dekanı Sevda Vəzirova, “Sosial iş” ixtisası üzrə müəllim Ayşəm Balayeva və layihənin icraçıları- psixoloq Fərqanə Mehmanqızı, ekspert Nəzakət Balabəyova, psixoloq Məleykə İsmayılova və hüquqşünas Sevinc Nəcəfova iştirak edirdilər. Seminarda ekspert tərəfindən tələbələrə xüsusi videoçarx təqdim olundu.Videoçarx ətrafında tələbələrlə müzakirələr aparıldı və məişət zorakılığı qurbanları, eyni zamanda onları müdafiə edən qanun haqqında geniş müzakirələr aparıldı. Gələcək sosial işçilərin daha çox təcrübə qzanmalarına ehtiyac olduğunu ekspert və psixoloq geniş şərh etdilər.
Seminarların sonunda tələbə iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olundu.
Qeyd edək ki, layihənin icrası davam edir. Layihənin icrasının növbəti mərhələsi üzrə müvafiq dövlət qurumlarının, “Sosial iş” ixtisası üzrə mütəxəssislər hazırlayan universitetlərin, QHT-larının, KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunacaq.   

Paylaş: